Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonu, Göyşaban kəndində yerləşən “Panorama” çay evində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində vətəndaşa məxsus birmərtəbəli mansard tipli çay evinin mansardında baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 650m² olan çay evinin taxta konstruksiyalardan ibarət mansardı 150m² sahədə yanıb. Çay evinin böyük hissəsi və ərazidəki digər tikililər yanğından mühafizə olunub.
***
14.32
Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən “PANORAMA” hotelində baş vermiş yanğın söndürülüb.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Xəsarət alan yoxdur.
***
14.09
Lənkəranda hoteldə yanğın başlayıb.
APA-nın cənub bürosunun verdiyi məlumatına görə, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən hoteldə baş verib.
Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.