Bank Of Baku

Lənkəranda dənizdə 2 nəfər batıb - YENİLƏNİB-1

Lənkəranda dənizdə 2 nəfər batıb - YENİLƏNİB-1
# 08 avqust 2023 19:34 (UTC +04:00)

Bu gün Lənkəran şəhəri, Sütəmurdov kəndi yaxınlığında dənizdə batan daha 1 nəfərin meyiti çıxarılıb.

APA-nın Cənub bürosu xəbər verir ki, meyiti çıxarılan şəxs yeniyetmə qızdır.

Dənizdən meyiti çıxarılmış digər şəxs isə Lənkəran rayonunun Separadi kənd sakini Məmmədzadə Ramin Tahir oğludur.

***

18:22

Bu gün Lənkəran şəhəri, Sütəmurdov kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

16:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Sütəmurdov kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.


APA Nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.


Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR