Lənkəranda evlərdən və şadlıq sarayından oğurluq edən şəxs saxlanılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, naməlum şəxs 4 fərdi yaşayış evi və 1 şadlıq sarayından ümumi dəyəri 13 min manatdan artıq olan qızıl-zinət əşyaları və məişət avadanlıqlarını talayıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı Çingiz İbrahimov müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ç.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.