Bank Of Baku

Lənkəranda odla ehtiyatsız davranan qadın yanıq xəsarətləri alıb

Lənkəranda odla ehtiyatsız davranan qadın yanıq xəsarətləri alıb
# 11 iyul 2023 15:18 (UTC +04:00)

Lənkəranda odla ehtiyatsız davranan qadın yanıq xəsarətləri alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kərgəlan kəndində baş verib. Kənd sakini 1978-ci il təvəllüdlü Zəhra Fikrət qızı Hüseynova gündəlik təmizlik işləri görmək üçün həyətə düşüb. Həyətdəki təmizlik işlərindən sonra, küçədə yığılan zibil tullantılarını təmizləyib, yandırmaq istəyib. Tullantıların yanmadığını görən qadın, benzindən istifadə edib. Bu zaman ani ehtiyatsızlıq qadının özünün yanmasına səbəb olub. Onun qışqırığına anası və qonşuları gəlib.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Z. Hüseynova qonşu qadınların köməyi ilə təcili tibbiyardım maşınında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxandan APA-ya bildirilib ki, Z.Hüseynovanın bədəninin ümumi səthinin 2–3-cü dərəcəli texniki yanığı diaqnozu ilə TƏBİB – in tabeliyində fəaliyyət göstərən Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə daxil olub. Xəstəyə zəruri tibbi xidmətlər göstərilib, yaralar birincili işlənilib. Xəstə dərhal reanimasiya şöbəsinə köçürülüb, vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, vəziyyəti ağır olan Zəhra Hüseynova Bakı şəhərindəki klinikaların birinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR