Bank Of Baku

Lənkəranda qəza olub, icra nümayəndəsi və daha 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəranda qəza olub, icra nümayəndəsi və daha 6 nəfər xəsarət alıb - YENİLƏNİB
# 26 iyul 2023 11:48 (UTC +04:00)

Bu gün səhər Lənkəranda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun məlumatına görə, yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər - "Mercedes" markalı avtomobilin sürücüsü Lənkəran rayonunun Vilvan kənd sakini 1988-ci il təvəllüdlü Sadik Rzayev, "Niva" markalı avtomobilin sürücüsü 1970-ci il təvəllüdlü Lənkəran rayonunun Köhnəgəgir kənd sakini Allahverdi İbrahimov və sərnişinlər - 1970-ci il təvəllüdlü Köhnəgəgir kənd sakini Allahverdiyev Füzuli Allahverdiyev, 1991-ci il təvəllüdlü Köhnəgəgir kənd sakini Günel İbrahimova, 1998-ci il təvəllüdlü Təmail İbrahimov, eləcə də iki azyaşlı - 2019-cu il təvəllüdlü Günəş Agayeva, 2012-ci il təvəllüdlü Mirvəli Agayevdir.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

"Niva" markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Allahverdi İbrahimov Köhnəgəgir kənd ərazi dairəsi üzrə icra nümayəndəsidir.

Lənkəran rayon mərkəzi xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Lənkəran rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi nəticəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 7 yaralı daxil olub. Xəsarət alanlara əsasən döşün sağ payında çoxsaylı qabırğa sınıqları, said sümüklərinin qapalı sınığı, başın və döş qəfəsinin küt travması diaqnozları qoyulub. Yaralar birinci işlənib instrumental müayinələr aparılıb. Yaralılardan 2-si müvafiq şöbələrə yerləşdirilib. Digər xəsarət alanların müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

***

09.32

Lənkəranda yol qəzası baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Lənkəran-Boradigah yolunda, rayonun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisi uşaqdır. Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılara zəruri ilkin tibbi yardım göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alanlardan 4-ü "Niva", biri isə "Mercedes" markalı avtomobildə olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR