Bank Of Baku

Lənkəranda yaşayış binasında yanğın olub - YENİLƏNİB

Lənkəranda yaşayış binasında yanğın olub - YENİLƏNİB
# 27 dekabr 2022 10:19 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda baş verən yanğın barədə məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən xəbərinə görə, Girdəni kəndində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin 1 otağında 2 m² sahədə döşəmə, 1 ədəd yataq dəsti və 1 ədəd televizor yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

09.27

Bu gün səhər Lənkəranda 2 mərtəbəli kommunal binada yanğın olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, yanğın hadisəsi rayonun Girdəni kəndində, Zümrüd Mahmudağa qızı Salayevaya məxsus mənzildə baş verib.

Hadisə yerinə FHN Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Görülən təxirəsalınmaz tədbirləri nəticəsində qısa müddətdə yanğının qarşısı alınıb. Binada yaşayan digər sakinlərin təxliyəsinə ehtiyac qalmayıb.

Qeyd edək ki, bina iki mərtəbəli, 8 mənzillidir. Yanğın baş verən zaman evdə heç kim olmayıb.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR