Bank Of Baku

Lənkəranda yeniyetmə dənizdə boğularaq ölüb

Lənkəranda yeniyetmə dənizdə boğularaq ölüb
# 09 avqust 2023 19:01 (UTC +04:00)

Lənkəranda dənizdə bir nəfər boğularaq ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun Sütəmurdov kəndində, nəzarətsiz çimərlikdə Cəlilabad rayon sakini, 2007- ci il təvəllüdlü Nuran Əlafət oğlu Əmirov batmaq təhlükəsi ilə üzləşib. Yeniyetmə sudan çıxarılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, N.Əmirovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR