Bank Of Baku

Lənkəranda yol qəzasında ölən və yaralanan şəxsin kimliyi bilinib - YENİLƏNİB - FOTO

Lənkəranda yol qəzasında ölən və yaralanan şəxsin kimliyi bilinib - YENİLƏNİB  - FOTO
# 19 may 2023 22:17 (UTC +04:00)

Lənkəranda baş verən qəzada ölən və yaralın şəxsin kimliyi məlum olub.

APA - nın Cənub bürosunun məlumatına görə, hadisə yerində ölən, "VAZ - 2106 sürücüsü
1986 - cı il təvəllüdlü Nahid Asif oğlu Turabovdur.

Lənkəran rayonunun Sütəmurdov kənd sakini 1984 - cü il təvəllüdlü Ülviyyə Natiq qızı Hüseynova isə xəsarət alıb.

"Hyundai" markalı maşının sürücüsünün hadisə yerindən yayındığı bildirilir.

***

Saat 21:50

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı avtomobillə "Hyundai" toqquşub.

Qəzadan sonra "VAZ 2106" ağaca və elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində həmin maşının sürücüsü ölüb.

Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR