Bank Of Baku

Lerikdə 4 bal gücündə zəlzələ olub

Lerikdə 4 bal gücündə zəlzələ olub
# 09 mart 2025 08:21 (UTC +04:00)

Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosunun məlumat yayıb.

Yerli vaxtla 07:49-da qeydə alınan yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.

Xatırladaq ki, bir neçə saat öncə İsmayıllıda da zəlzələ baş vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR