Bank Of Baku

Lökbatanda avtomobilin yanması nəticəsində bir nəfər ölüb - YENİLƏNİB

Lökbatanda avtomobilin yanması nəticəsində bir nəfər ölüb - YENİLƏNİB
# 03 dekabr 2025 09:42 (UTC +04:00)

Bakı şəhərinin Qaradağ rayonunda "DongFeng" markalı minik avtomobilinin yanar hissələri yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

07:56

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobili yanıb.

APA xəbər verir ki, yanğın zamanı avtomobilin içərisində 1 nəfərin yanmış meyiti aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR