Bank Of Baku

Masallıda 15 yaşlı yeniyetmə Viləşçayda boğularaq ölüb - YENİLƏNİB

Masallıda 15 yaşlı yeniyetmə Viləşçayda boğularaq ölüb  - YENİLƏNİB
# 10 iyul 2023 12:24 (UTC +04:00)

Masallıda 9–cu sinif şagirdi çayda boğularaq ölüb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Masallı rayonunun Qəriblər kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində baş verib. Masallı rayonunun Təzə Alvadı kənd sakini 15 yaşlı Nurlan Maarif oğlu Novruzov babası ilə istirahət mərkəzlərinin birinə gediblər. Yeniyetmə ərazidən keçən Viləş çayında çimərkən baş nahiyəsi daşa dəyərək xəsarət alıb. Xəsarət alan Nurlan Novruzov suda boğularaq ölüb. Ətrafda olanların köməyi ilə onun cansız bədəni sudan çıxarılıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, evin kiçik oğlu olan Nurlan 9-cu sinif şagirdi olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

09:10

Masallıda 15 yaşlı yeniyetmə sututarda boğularaq ölüb.

APA xəbər verir ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov rayonun Qəriblər kəndində yerləşən Viləşçay sututarında çimərkən boğularaq ölüb.

Araşdırma aparılır.

Səlcuq Elçin

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR