Bank Of Baku

Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı Rayon Prokurorluğunda araşdırma başlayıb - YENİLƏNİB

Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı Rayon Prokurorluğunda araşdırma başlayıb - YENİLƏNİB
# 11 yanvar 2025 16:25 (UTC +04:00)

Masallı rayonu Babaser kənd sakini 1995-ci il təvəlllüdlü Ağayeva Dünya Güləbala qızı 04.01.2025-ci il tarixdə dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diqanozu ilə Masallı RMX PHŞ-in reanimasiya şöbəsinə daxil olmuş, göstərilən tibbi yardımlara baxmayaraq D.Ağayeva 10.01.2025-ci il tarixdə saat 10 radələrində müalicə aldığı xəstəxanada ölüb.

APA-nın əldə etdiyi məlumata görə, faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

***

12.38

Yanvarın 4-də saat 00:20 radələrində 1995-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-da saat 09:40-da ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, mətbuatda qadının zəhərlənib ölməsilə bağlı məlumatlar yayılıb.

Məryəm Surxay

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR