Bank Of Baku

Masallıda avtomobil qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Masallıda avtomobil qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
# 13 dekabr 2022 22:32 (UTC +04:00)

Dekabrın 13-də saat 18 radələrində Masallı rayonunun Banbaşı kəndi ərazisində rayon sakinləri Yadigar Cəlilovun idarə etdiyi "VAZ-21011" markalı və Q.Məmmədlinin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

DİN-dən APA-ya verilən məlumata görə, nəticədə Y.Cəlilov hadisə yerində ölüb, "VAZ 21011" markalı avtomobildə olan sərnişinlər F.Süleymanov, Y.Abuşov və daha 2 nəfər yeniyetmə isə müxtəlif bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR