Masallıda bazarda yanğın söndürülüb - YENİLƏNİB-2 - FOTO - VİDEO

Masallıda bazarda yanğın söndürülüb - YENİLƏNİB-2  - FOTO  - VİDEO
# 06 oktyabr 2023 19:19 (UTC +04:00)

Masallı şəhərində bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə APA-ya FHN-dən xəbər verilib.

***

17:00

Masallıda bazarda yanğın məhdudlaşdırılıb.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Masallı şəhərində bazar ərazisində yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

APA-nın cənub bürosu xəbər verir ki, yanğınla bağlı Masallı rayon Mərkəzi Xəstəxanasına 5 nəfər müraciət edib. Onlar Masallı sakinləri - Mirzəyev Amid Mail oğlu (1994-cü il), Xankişiyev İsmət Sənan oğlu (1998), Cahangirov Rəvan Səyyad oğlu (2004), İskəndərov Kamil Sərhəd oğlu (2002) və Şükürov Rakif Namizəd oğludur (1990).

Amid Mirzəyevin qolundan yanıq xəsarəti aldığı, digər şəxslərin isə tüstüdən zəhərləndikləri bildirilir.

***

16.01

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

15.50

Masallı şəhərində "Köhnə bazar"da yanğın başlayıb.

APA xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb edilib.

İlkin məlumata görə, yanğın bazarın paltar satışı olan hissəsində başlayıb.

Hazırda yanğının söndürülməsi və ətrafa yayılmamasının qarşısı alınması istiqamətindən əməliyyat tədbirləri həyata keçirilir.

FHN-in Mətbuat xidmətindən APA-ya yanğının baş verməsi faktını təsdiq ediblər.

Əbülfət Baxşəli

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR