Bank Of Baku

Masallıda istirahət mərkəzinin kottecindəki yanğın söndürülüb - YENİLƏNİB

Masallıda istirahət mərkəzinin kottecindəki yanğın söndürülüb  - YENİLƏNİB
# 14 iyul 2023 19:02 (UTC +04:00)

Masallı rayonu, Qəriblər kəndində kottecdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə APA-ya FHN-dən xəbər verilib.

Əlavə məlumat veriləcək.

***

18:22

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonu, Qəriblər kəndində kottecdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən olunub ki, meşəlik ərazidə istirahət mərkəzinə aid kottecdə açıq alov müşahidə olunur. Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının meşəlik əraziyə keçməsinin qarşısı alınıb. Yanğın saat 17:51-də məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR