Masallıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Masallının Təzə Alvadı kəndində baş verib.
Kənd sakini Aylin Məmmədova axşam saatlarında marşrutdan düşüb yolun qarşı tərəfinə keçərkən əks tərəfdən gələn mikroavtobus onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, Aylin Məmmədova Lənkəran Dövlət Universitetinin 2-ci kurs tələbəsi olub. Hadisə o, universitetdən evə qayıdarkən baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.