Bank Of Baku

Masallıda narkotik dövriyyəsinə görə 21 nəfər tutulub

Masallıda narkotik dövriyyəsinə görə 21 nəfər tutulub
# 03 aprel 2023 17:05 (UTC +04:00)

Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə görə 21 nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 21 nəfər saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılan külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR