Bank Of Baku

Maştağada qadın qətlə yetirilib, ögey oğlu saxlanılıb

Maştağada qadın qətlə yetirilib, ögey oğlu saxlanılıb
# 29 noyabr 2024 09:55 (UTC +04:00)

Noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR