Bank Of Baku

Mərdəkanda bıçaqlanma olub

Mərdəkanda bıçaqlanma olub
# 22 aprel 2023 10:51 (UTC +04:00)

Bakıda qəsdən sağlamlığa ağır zərər vurma faktı qeydə alınıb.

DİN-dən APA-ya verilən məlumata görə, aprelin 21-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsindən paytaxt sakini Elşad Məmmədovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şuşa şəhər sakini Zaur Xanəliyev müəyyən edilərək saxlanılıb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR