Bank Of Baku

Metronun “Xocəsən” stansiyasında texniki səbəblərdən yüksək gərginlik itib

Metronun “Xocəsən” stansiyasında texniki səbəblərdən yüksək gərginlik itib
# 01 avqust 2023 07:23 (UTC +04:00)

Bənövşəyi xəttin "Xocəsən" stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb. Nəticədə, qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb".

APA xəbər verir ki, \bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Bənövşəyi xəttin "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.

Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR