Bank Of Baku

Mingəçevirdə avtomobil qadını vuraraq öldürüb

Mingəçevirdə avtomobil qadını vuraraq öldürüb
# 12 aprel 2023 10:13 (UTC +04:00)

Mingəçevirdə yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, bu gün səhər saat 08:00 radələrində Mingəçevir şəhəri ərazisində Murad Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçən piyada, 1969-cu il təvəllüdlü Mətanət Əzizovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstaxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR