Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbirinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ-2106" avtomobilinin sürücüsü, Yevlax rayonunun Havarlı kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev Xalid Rövşən oğlu, eləcə də onun sərnişinləri - 2003-cü il təvəllüdlü Şükürov Sahil və 2005-ci il təvəllüdlü Şükürov Sənan xəsarət alıblar.
Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, dekabrın 21-də baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar saat 22:00 radələrində 3 nəfər (kişi) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.