Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev azadlığa buraxılıb.
APA xəbər verir ki, keçmiş baş həkim cəzasının 2/3 hissəsini çəkməsi ilə bağlı Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə şərti olaraq azadlığa buraxılıb.
Qeyd edək ki, İmran Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşdu.
Ona qarşı Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Ali Məhkəmənin yekun qərarı ilə İmran Ağayevə 3 il həbs cəzası təyin edilmişdi.