Bank Of Baku

MSN-in Şirvandakı zavodunda partlayışla bağlı cinayət işi açılıb

MSN-in Şirvandakı zavodunda partlayışla bağlı cinayət işi açılıb
# 24 iyul 2023 18:23 (UTC +04:00)

Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən zavodunda baş verən partlayışla bağlı cinayət işi açılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, MSN-nin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR