Bank Of Baku

Naxçıvanda 160 mindən çox aksiz markası olmayan siqaretlər aşkarlanıb

Naxçıvanda 160 mindən çox aksiz markası olmayan siqaretlər aşkarlanıb
# 29 aprel 2023 20:21 (UTC +04:00)

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar ediblər.

APA xəbər verir ki, bu barədə Naxçıvan Baş Gömrük İdarəsi məlumat yayıb.

Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakinindən müxtəlif adlarda, ümumilikdə 163 600 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR