Naxçıvanda 2 tələbə göldə boğularaq ölüb - FOTO - YENİLƏNİB

Naxçıvanda 2 tələbə göldə boğularaq ölüb - FOTO  - YENİLƏNİB
# 10 may 2024 15:57 (UTC +04:00)

Naxçıvanda 2 tələbənin göldə boğularaq ölməsi fasktı araşdırılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Naxçıvan şəhəri ərazisində yerləşən "bazar gölü"ndə iki nəfər şəxsin - 2005-ci il təvəllüdlü Mehrəliyev Əli Şahin oğlu və 2006-cı il təvəllüdlü Zəkəriyayev Fəttah Eyvaz oğlunun suda boğularaq ölmələri faktı üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.

***

12.00

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.

APA xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR