Bank Of Baku

Naxçıvanda biçilmiş taxıl sahəsində yanğın baş verib

Naxçıvanda biçilmiş taxıl sahəsində yanğın baş verib
# 09 iyul 2023 00:23 (UTC +04:00)

Şərur rayon Maxta kəndində biçilmiş taxıl sahəsində yanğın baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Maxta kənd məişət tullantıları poliqonu və ətrafında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmadan söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR