Naxçıvanda fərdi yaşayış evində yanğın baş verib, ölən var - FOTO - YENİLƏNİB

Naxçıvanda fərdi yaşayış evində yanğın baş verib, ölən var - FOTO  - YENİLƏNİB
# 09 may 2024 22:56 (UTC +04:00)

Babək rayonunda baş verən yanğında bir nəfər ölüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Didivar kəndində fərdi yaşayış evini yandıran kənd sakini Allahverdiyev Nurəddin Tarverdi oğlu hadisədən 3 saat sonra vəfat edib.

İlkin məlumata görə, o, tüstüdən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 20:43

Naxçıvanın Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Babək rayon, Didivar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

İlkin məlumata görə, ev sahibi, Didivar kənd sakini - 1960-cı il təvvəllüd Allahverdiyev Nurəddin Tarverdi oğlu spirtli içki qəbul etdikdən sonra evini yandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR