Ağsuda yolda baş vermiş çökmə ilə bağlı əraziyə canlı qüvvə və texnika cəlb olunub.
APA-nin Şirvan bürosu xəbər verir ki, dünən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində çökmə nəticəsində dağılan yol hissəsinə ağır texnika və canlı qüvvə cəlb edilib. Hazırda yolun 147-ci kilometrliyində çökən asfalt qatı və çiyin hissəsində təmir-bərpa işlərinə start verilib.
Agir texnikanın köməyi ilə əraziyə daş, çınqıl gətirilir. Hazırda həmin ərazidə yolun hər iki zolağı tam bağlanıb, avtomobillər yolun torpaq hissəsindən növbəli keçməklə hərəkət edirlər.
Ərazidə xidmət aparan polis avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.