Bank Of Baku

Naxçıvanda saxlanılan Türkiyə vətəndaşı Rumıniyaya ekstradisiya olunacaq

Naxçıvanda saxlanılan Türkiyə vətəndaşı Rumıniyaya ekstradisiya olunacaq
# 04 avqust 2023 14:59 (UTC +04:00)

Naxçıvanda saxlanılan Türkiyə vətəndaşı Salman Kəlbaşın məhkəməsi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə yekun qərar verilib.

Qərara əsasən, Salman Kəlbaş Rumıniyaya ekstradisiya olunacaq.

Qeyd edək ki, təqsirləndirilən Salman Kəlbaş Türkiyə - Azərbaycan sərhədində Naxçıvanda saxlanılıb. O 318-1(Qanunsuz miqrasiyanın təşkili) maddəsi ilə təqsirləndirildi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR