Naxçıvan şəhər ərazisindəki şadlıq saraylarından birində keçirilən toyda baş verən mübahisə dava ilə yekunlaşıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, dava nəticəsində Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraçuq kənd sakini, 1996-cı il təvəllüdlü Fərəcov Vüsal Bayram oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.
Faktla əlaqədar araşdırmalar aparılır.