Bank Of Baku

Naxçıvanda Türkiyə vətəndaşını avtomobil vurub

Naxçıvanda Türkiyə vətəndaşını avtomobil vurub
# 08 aprel 2025 00:25 (UTC +04:00)

Naxçıvan şəhərində Türkiyə vətəndaşını avtomobil vurub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.

Belə ki, 75-BK-676 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil yolu qarşı tərəfə keçən Türkiyə vətəndaşı Üstün Ahmet Yasini vurub. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən 2000-ci il təvəllüdlü Abdullayev Fərid Arzu oğlu saxlanılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR