Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, iki avtomobilin toqquşması iki nəfərin xəsarət almasına səbəb olub. Qəza nəticəsində Naxçıvan şəhər sakinləri 2001-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Məmmədov Ruzi İqbal oğlu və 1996-cı il təvəllüdlü Allahverdiyev Yusifəli Yaqub oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri sabitdir.
Faktla bağlı araşdırma aparılır.