Şahbuz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə axsam saatlarında Vayxır kəndi ərazisində qeydə alınıb.
Belə ki, avtomobilin yoldan çıxaraq aşması nəticəsində Naxçıvan şəhər sakinləri, 1982-ci il təvəllüdlü Vəliyeva İlahə Təhməz qızı, 1984-cü il təvəllüdlü Əliyeva Dilşad Fəxrəddin qızı və 2019-cu il təvəllüdlü Əliyev Məhəmməd Elnur oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.