Naxçıvanda sürücünün ürəyinin tutması nəticəsində zəncirvari qəza baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunun 1-ci kilometrliyində, Dilqəm Pişəvari küçəsində qeydə alınıb. Sürücü Naxçıvan şəhər sakini, 1953-cü il təvəllüdlü Məmmədov Namiq Qəzənfər oğlunun sükan arxasında ürəyi tutub. Nəticədə avtomobil idarəetmədən çıxaraq qəza törədib. Qəza zamanı 4 avtomobil - "Mercedes", 2 "Hyundai" və "Chevrolet" markalı maşınlar toqquşub. Ürəyi tutan sürücü Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.