Bank Of Baku

Naxçıvanın keçmiş İdarə müdiri avtomobillə qəza edib, 1 nəfər ölüb

Naxçıvanın keçmiş İdarə müdiri avtomobillə qəza edib, 1 nəfər ölüb
# 22 iyul 2023 18:05 (UTC +04:00)

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu gün baş verən qəza zamanı avtomobil yolu keçən ata və 5 yaşlı oğlunu vurub.

Qəza nəticəsində, Babək rayon Cəhri kənd sakini Fərzəliyev Mərhəmət Məhəmməd oğlu ölüb. Oğlu 5 yaşlı Fərzəliyev Məhəmməd Mərhəmət oğlu isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, qəzanı törədən bir vaxtlar Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri Xaləddin Rüstəmovdur.

Qeyd edək ki, Mərhəmət Fərzəliyev Cəhri Qəsəbə Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə müəllimi olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR