Bank Of Baku

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var
# 04 avqust 2023 16:47 (UTC +04:00)

Neftçalada minik avtomobili aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Xıllı kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı avtomobilin aşması nəticəsində 4 nəfər - Salyan rayon sakinləri, 2021-ci il təvəllüdlü Məmmədli Humay Rauf qızı, 2015-ci il təvəllüdlü Məmmədli Leyla Rauf qızı, 1964-cü il təvəllüdlü Məmmədova Yeganə Abdulla qızı və 1971-ci il təvəllüdlü Əliyev Elşad Aydın oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR