Neftçala rayonunun İkinci Qaralı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.