Bank Of Baku

Novxanıda restoranda yanğın olub - YENİLƏNİB-1 - FOTO

Novxanıda restoranda yanğın olub - YENİLƏNİB-1  - FOTO
# 19 dekabr 2025 10:53 (UTC +04:00)

Abşeron rayonu, Novxanı kəndində restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən bitişik tikilən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 2000 kv.m. olan restoranın 1-ci mərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları 70kv.m. sahədə yanıb.

Restoranın böyük hissəsi və bitişik otel yanğından mühafizə olunub.

***

10.20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.


FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

10.14

Abşeronda restoranda yanğın olub.

APA xəbər verir ki, hadisə Novxanı kəndində qeydə alınıb. Restoranın dam örtüyündə yaranan yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfinfən qısa zamanda söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR