Bank Of Baku

Ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs saxlanılıb

Ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs saxlanılıb
# 05 avqust 2023 10:31 (UTC +04:00)

Avqustun 4-də gecə saat 4 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, onun Göyçay rayon sakini 23 yaşlı Heydər Nağıyev olması məlum olub və 38-ci Polis Bölməsinə təhvil verilib.

Polis Bölməsində aparılan araşdırmalarla H.Nağıyevin həmin gün səhər saatlarında Sahil qəsəbəsi ərazisində yerləşən bir lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR