Oğuzda buğda daşıyan iritonnajlı yük maşını yanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qumlaq kəndində, biçilmiş taxıl sahəsində baş verib.
Taxıl sahəsində buğda ilə yüklənmiş TIR-da anidən yanğın baş verib. TIR və içərisində olan 25 ton buğdanın bir hissəsi yanıb.
Yanğın FHN-in Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.