Bank Of Baku

Oğuzda üç gün əvvəl yol qəzasına düşən şəxs ölüb

Oğuzda üç gün əvvəl yol qəzasına düşən şəxs ölüb
# 17 yanvar 2023 11:50 (UTC +04:00)

Oğuzda üç gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayon sakini Aslan Umarov bu gün Şəki Rayon Mərkəzi Xəstəxanasında keçinib.

Qeyd edək ki, Aslan Umarov yanvarın 14-ü axşam saatlarında Oğuz-Xaçmaz avtomobil yolunda idarə etdiyi VAZ-21074 markalı avtomobillə hərəkətdə olarkən idarəetmənin itməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR