Oğuzda yol qəzası olub.
APA-nın Şimal-qərb börosunun məlumatına görə, hadisə rayonun Bucaq kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü Bəlyar Ənvər oğlu Qafarov qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıya Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.
Məlumata görə, Oğuz rayon sakinin idarə etdiyi "Nissan" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib. Bu zaman avtomobilin təkərindən çıxan daş parçası ərazidə olan Bəlyar Qafarova xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.