Bank Of Baku

Oğuzda yol qəzası zamanı 38 yaşlı sürücü xəsarət alıb

Oğuzda yol qəzası zamanı 38 yaşlı sürücü xəsarət alıb
# 19 may 2023 22:56 (UTC +04:00)

Oğuzda yol qəzası olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Xalxal kənd sakini, 1985-ci il təvəllüdlü Şahin Vahid oğlu Şirinovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil, yol kənarında dayanan "Chevrolet Niva" markalı avtomobillə toqquşub.

Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü Sahin Şirinov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR