Bank Of Baku

On iki il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslə bağlı təkrar ekspertizaya müraciət olunub

On iki il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslə bağlı təkrar ekspertizaya müraciət olunub
# 28 yanvar 2025 10:31 (UTC +04:00)

Bakıda 12 il əvvəl qətl törətməkdə təqsirləndirilən, barəsində ixtisaslaşdırılmış psixiatriya stasionar məcburi müalicəsi təyin edilən Rəşad Qaytaranovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin təkrar komision kompleks stasionar psixiatrik ekspertizaya göndərilməsi barədə qərar qəbul olunub.

Ekspertizanın rəyi gələnə qədər məhkəmə baxışı təxirə salınıb.

Qeyd edək ki, qətl hadisəsi 2013-cü il avqustun 8-də Bakının Nizami rayonunda baş verib. Naxçıvanski küçəsində naməlum kişi bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb və orada ölüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətlə yetirilənin Bakı şəhər sakini Ruslan Abbasov olması müəyyən edilib, cinayəti törətməkdə təqsirli bilinən Fizuli rayon sakini, 1988-ci il təvəllüdlü Rəşad Qaytaranov tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Qaytaranovun barəsində ittiham hökmü çıxarmayıb. Onun cinayəti törədərkən anlaqsız olması nəticəsinə gəlinib və buna görə də Rəşad Qaytaranovun 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə alması barədə qərar qəbul edilib.
Məhkəmənin qərarından apellyasiya protesti verilib. Prokurorluq Rəşad Qaytaranovun barəsində ittiham hökmünün çıxarılmasını tələb edib.

Bakı Apellyasiya Məhkəməsində Rəşad Qaytaranovun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionar məcburi müalicəsi təyin edilməsi, müalicəsi başa çatdıqdan sonra cinayət işinə yenidən baxılacağı qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR