Bakıda ötən illərlə müqayisədə yol qəzalarının sayı kəskin azalıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
DYP əməkdaşı bildirib ki, 2022-ci ildə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib: "Nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. Bu, ötən illə müqayisədə 77 hadisə, 23 ölüm halı, 58 xəsarət halı azdır".