Prokuror Rasim Məmmədova 15 il həbs cəzası istəyib

Rasim Məmmədov

© APA | Rasim Məmmədov

# 21 noyabr 2022 15:42 (UTC +04:00)

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova - Əsgərovanın sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Səmədov çıxış edib.

Prokuror Rasim Məmmədovun verilmiş ittihamlarla təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd olunub ki, keçmiş şirkət rəhbəri təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Məhkəmə müdafiə çıxışı üçün vəkillərə bir həftə vaxt verib.

Proses sentyabrın 28-də davam etdiriləcək.

Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR