Bank Of Baku

Prokurorluq: Bakıda fiziki və hüquqi şəxslərə vurulan 28 milyon 735 min manatlıq maddi ziyan ödənilib

Prokurorluq: Bakıda fiziki və hüquqi şəxslərə vurulan 28 milyon 735 min manatlıq maddi ziyan ödənilib
# 19 yanvar 2023 18:42 (UTC +04:00)

Ötən il Bakı şəhəri üzrə prokurorluq və daxili işlər orqanları tərəfindən ümumilikdə 28 milyon 735 min 733 manat fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinə nail olunub.

APA xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən Əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, hesabat dövründə aidiyyəti tabe rayon prokurorluqlarının icraatında olan 928 işdən 474-nün, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 17198 cinayət işindən 7374-nün istintaqı tamamlanmışdır. Onlardan polis orqanları tərəfindən 6250, prokurorluq orqanları tərəfindən 190 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR