“Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə APA-ya Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ilkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilib ki, toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Prokurorluq: "Qurtuluş" Reabilitasiya Mərkəzindəki qanunsuzluqlarla bağlı 3 nəfər həbs olunub
Hadisə
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Gəncədə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb - FOTO
Qusarda evdə yanğın olub, 83 yaşlı qadının meyiti tapılıb - YENİLƏNİB
Xəbər Lenti
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Börnhem Britaniyanın Aİ-yə qayıtması ilə bağlı referendum keçirməyi planlaşdırmır
Britaniya və Aİ liderlərinin sammiti gələn ay Brüsseldə keçiriləcək
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə dərslər keçirilir
Media və Yayım Şurası çağırış edib: Vahid məktəbli forması ətrafında koordinasiyalı informasiya hücumu müşahidə olunur
SEPAH: Son iki gündə Hörmüz boğazında üçüncü supertanker vurulub
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var
Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib - YENİLƏNİB
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimi keçirilir - VİDEO
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Rusiya XİN: Husilərlə əlaqələrimiz davam edir
Məktəblərdə vahid geyim sosial bərabərliyə xidmət edir, ictimai asayişin pozulması yolverilməzdir - RƏY
Cahangir Mehdiyev: Məktəbdə müəyyən edilmiş geyim qaydalarına əməl olunmalıdır
İsrailin şimalında sursat partlayıb, 20 nəfər xəsarət alıb - YENİLƏNİB
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
Gəncədə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb - FOTO
AZCON Holding-in icraçı direktoru Şahin Babayev Çex Respublikasının nəqliyyat naziri ilə görüş keçirib
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL
Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub
Qusarda evdə yanğın olub, 83 yaşlı qadının meyiti tapılıb - YENİLƏNİB
Küləklə bağlı sarı xəbərdarlıq verilib
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək
Ucarda sərnişin avtobusu yanıb - FOTO
Hun Manet: Kamboca və Azərbaycan bir-birini tamamlayan iqtisadi xüsusiyyətlərə malikdir
Azərbaycanda hicab və niqab qadağası yoxdur: Məktəblərdə geyim qaydaları dünyəviliyə əsaslanır - TƏHLİL
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda!
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
Aydın Kazımzadə: Məktəblərdə vahid məktəbli formasının tətbiqi tarixən mövcud olub
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
Nazir: Azərbaycanla Kamboca arasında yol xəritəsinin hazırlanması üçün ilkin razılıq əldə edilib
QHT-lər dezinformasiyaya qarşı mübarizə mövzusunda ictimai müzakirə keçirib, bəyanat səsləndirilib
Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 72%-ə çatıb
Rusiyada ayıların hücumları davam edir, daha iki nəfər İrkutskda ölüb
Nazir: Kamboca və Azərbaycanın bir-birindən öyrənəcəyi çox şey var
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Avropa İttifaqının Rusiyanın hansı şirkətlərinə sanksiya tətbiq etdiyi məlum olub
Kamboca Azərbaycan şirkətlərini kənd təsərrüfatı, enerji və turizm sahələrində əməkdaşlığa dəvət edib
Kamboca Ticarət Palatasının prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafı üçün ortaq məqsədlərimiz var
Rusiyalı qadınla nikah Azərbaycan vətəndaşını Rusiyadan deportasiya olunmaqdan xilas etməyib
Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək
Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib
Kobaxidze Rusiyanın Gürcüstan məhsullarına idxal qadağasına münasibət bildirib