Bank Of Baku

Prokurorluq sosial şəbəkədə estetik əməliyyatla bağlı yayılan görüntünü araşdırır

Prokurorluq sosial şəbəkədə estetik əməliyyatla bağlı yayılan görüntünü araşdırır
# 19 avqust 2025 18:39 (UTC +04:00)

Prokurorluq sosial şəbəkələrdə estetik əməliyyat proseduru ilə bağlı yayılan görüntünü araşdırır.

APA-nın əldə etdiyi məlumata görə, “Dost Estetik Mərkəzi”n Gülbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən əməliyyatla bağlı prokurorluqda araşdırma başlanılıb.

Qeyd edək ki, bu gün sosial şəbəkədə “Dost Estetik Mərkəzi”n Gülbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən liposaksiya əməliyyatının görüntüləri yayılıb.

İddialara görə, əməliyyatı icra edən şəxs tibb işçisi deyil, vaxtilə saç ustası olub.

Faktla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində də araşdırma aparıldığı açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR